İstifadəçi girişi
Qeydiyyat
Şifrəni unutdun?
Premium Elanlar
Kateqoriyalar

 

 


Güvənlik, videomüşahidə və şəbəkə sistemləri
Smartek

Şirkət: Smartek

Məsul şəxs: Smartek MMC

Telefon: (+994 12) 464 84 68

E-mail: info@smartek.az

İnfo: www.Smartek.az

       www.facebook.com

SmartekMMC şirkətinin fəaliyyəti ilk növbədə, sifarişçilər üçün texniki həllərin işlənib hazırlanması və həyata keçirilməsindən ibarətdir. Avadanlıqların satışı bizim prioritet məqsədimiz deyil. Bu səbəbdən də, biz avadanlıq istehsalçıları ilə satış həcmlərinin yerinə yetirilməsi üzrə öhdəliklər bağlamamışıq və bizim istehsalçı seçimimizi məhdudlaşdıran strateji partnyorluqlar qurmuruq. Bizim məqsədimiz - sifarişçinin istəkləri, üstünlükləri və imkanlarına maksimal uyğun gələn texniki həllərdir. Bizim layihələrimizdə sifarişçilər müxtəlis istehsalçılar tərəfindən buraxılmış bir neçə sistemlərin düşünülmüş uyğunlaşdırılmasını görə bilərlər. Bu cür çeviklik bizə yaşayış və ofis binalarının, ev və mənzillərin, ofis və xəstəxanaların, restoran və tədris müəssisələrinin avtomatlaşdırılmış idarəetmə sistemlərinə dair ən mürəkkəb məsələləri həll etməyə şərait yaradır. Sifarişçilərin maraqları bizimçün birinci dərəcəli əhəmiyyət kəsb edir, məhz bu səbəbə görə biz dünya səviyyəli bir sıra istehsalçılarla partnyəlaqələri saxlayırıq. Bunlar məsələn, binaların avtomatlaşdırılması üzrə Alman istehsalçısı Jung, inteqrasiyalı sistemlər üzrə məşhur Amerika brendi Crestron, aksessuar və elektrikin avtomatlaşdırılması sistemlərinin İtalyan istehsalçısı Vimar, İT-həllər işləyib hazırlayan Litva şirkəti Penki Kontinentai, İPTV və billinq sistemləri istehsalçısı- NetUp şirkəti və digərləridir. Bütün sadalanan şirkətlər bütün dünyada əla reputasiyaya sahibdirlər, buna görə də biz əminliklə öz sifarişçilərimizə onların məhsullarını istifadə etməyi tövsiyə edirik. Buna baxmayaraq, qeyd etmək istərdik ki, bu və ya digər istehsalçının seçilməsi ilə bağlı bizim bütün təkliflərimiz sırf tövsiyə xarakteri daşıyır. Son söz hər zaman Sizindir.

Elanı irəli çək Elanı VIP et
Güvənlik, videomüşahidə və şəbəkə sistemləri
© Tikinti.az. All contents on this site are reserved and protected by law of Azerbaijan Republic. site by: webcity