İstifadəçi girişi
Qeydiyyat
Şifrəni unutdun?
Premium Elanlar
Kateqoriyalar

 

 


İnşaat texnikaları və avadanlıqlarının satışı şirkətləri
Galleon İnşaat

Şirkət: Galleon İnşaat

Məsul şəxs: Galleon MMC

Telefon: (+994 12) 437 80 77

Faks: (+994 12) 437 80 77

E-mail: galleon@galleon.az

İnfo: wwwa.Glleon.az

Ünvan: AZ 1007 Bakı, Nəsimi rayonu, süleyman Rüstəm küç. 59,mən.

9 Galleon Azərbaycanın tikinti sektorunda özünə layiqli yer tutmuş şirkətlər qrupudur. Galleon Şirkətlər Qrupuna industrial və özəl tikinti sektoru, təmir – tikinti işləri, yol tikintisi və bərpasına, həmçinin inşaat texnikasının icarəsi və peşəkar işçi heyətilə təminata görə cavabdeh olan müəssisələr daxildir. Bizim kompaniyanın tarixi 2005-ci ildə “Support, SupplyServices” MMC-nin qeydiyyata alındığı vaxtdan başlayır. Sonradan kompaniyanın ardıcıl və sürətli inkişafı nəticəsində gəlirlərin artımı və fəaliyyət dairəsinin genişlənməsi ilə əlaqədar olaraq “Galleon” Şirkətlər Qrupunun yaradılmasına qərar verilmiş və 2007-ci ildə “Galleon” Şirkətlər Qrupu yaradılmışdır. Şirkətlər Qrupuna “Support, SupplyServices” MMC, “Galleon” MMC, “İRV” MMC və “AT Global İncontrade” MMC daxildir. Hal – hazırda “Galleon” Şirkətlər Qrupu Azərbaycan bazarında ən tez inkişaf edən Şirkətlər Qrupudur. Həmçinin, Şirkətlər Qrupu Gürcüstan, Qazaxstan və Rusiya bazarlarında uğurla fəaliyyət göstərir. Heyətimizin yüksək peşəkarlığı bizə istənilən funksional təyinatlı və çətin obyektlərin tikintisi ilə məşğul olmağa imkan verir. Tikinti zamanı maksimal rahatlıq və təhlükəsizliyi təmin edən ən keyfiyyətli materiallardan istifadə edilir və müasir texniki qərarlara riayət edilir. Əsas Fəaliyyət Istiqamətləri E-poçt ÇapPDF faylını al

1. İndustrial və özəl tikinti:

• memarlıq, dizayn və layihələndirmə

• texnoloji qərarlar.

2. Təmir-tikinti işləri:

• tikinti – montaj işləri

• bəzək işləri

• ərazinin abadlaşdırılması (landşaftın düzəldilməsi)

• tikinti və bəzək materiallarının tam təchiz edilməsi

• interyerin bütün növlərinin (mebel, işıqlandırma, dekarativ elementlərin) çatdırılması və quraşdırılması.

Bizim mütəxəssislər Sizin üçün iş sənədləşməsi, layihə sənədləşməsinin xüsusi bölmələri və ətraf mühitin qorunması üzrə sənədləşmələri hazırlaya bilərlər.

3. Yol tikintisi və bərpası:

• qazma və torpaq daşınma işləri

• işçi və avadanlıq təminatı

4. İnşaat texnikasının icarəsi və peşəkar işçi heyəti:

• 50 ədəddən çox ağır və yüngül tikinti avadanlıqları və xüsusi tikinti texnikaları

• çoxsaylı qaynaqçılar, quraşdırıcılar, montajçılar, elektriklər, takelajçılar, xarratlar, su kəməri işçiləri, izolyatorlar, çilingərlər.

Elanı irəli çək Elanı VIP et
İnşaat texnikaları və avadanlıqlarının satışı şirkətləri
© Tikinti.az. All contents on this site are reserved and protected by law of Azerbaijan Republic. site by: webcity